İslamiadada medallarımızın sayı 21-ə çatdı

Sayta qoyulub: 10:01 30.09.2013 (751 dəfə oxunub)

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.

 

Ölkəmizi təmsil edən idmançılar daha üç medal əldə ediblər. Taekvando üzrə yığmamızın üzvlərindən 57 kq-da yarışan Günay Ağakişiyeva yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə bürünc medal qazanıblar.

 

Beləcə, medallarımızın sayı 21-ə çatıb. Azərbaycan İslamiadada bütövlükdə 6 qızıl, 8 gümüş, 7 bürünc medal qazanıb.

XƏBƏR LENTİ