Kamal Bayramov da "Rəvan"a keçdi

Sayta qoyulub: 15:57 21.08.2013 (839 dəfə oxunub)

Vladislav Qədirovun baş məşqçi postuna gəlişindən sonra transfer çalışmalarını davam etdirən “Rəvan” bu dəfə qapı xəttini gücləndirib. Belə ki, paytaxt klubu vaxtilə “Xəzər Lənkəran”ın şərəfini qorumuş, son olaraq, “Turan”da oynamış Kamal Bayramovla anlaşıb.

Artıq Bakıya gələn 30 yaşlı qapıçı komanda ilə tanış olub və bugün saat 18:00-da “Bayıl Arena”da komandanın tərkibində məşq edəcək.

Klubla maliyyə məsələlərini razılaşdıran oyunçu sabah 1 illik rəsmi müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Kamal “Rəvan”dan təklif gələnə qədər birinci divizion klubu “Turan”ın uğurları üçün çalışmağı düşünürdü.

XƏBƏR LENTİ