"İqtisadçı" daha bir voleybolçu ilə müqavilə imzaladı

Sayta qoyulub: 09:26 15.06.2013 (636 dəfə oxunub)

Super Liqanın gümüş mükafatçısı “İqtisadçı” heyətini gücləndirməkdə davam edir. Universitet komandasının 7-ci voleybolçusu ötən ilki heyətdən olub. 
Belə ki, Bakı təmsilçisi Azərbaycan çempionatında ikinci yeri tutmalarında böyük pay sahibi olan 27 yaşlı, 176 sm boya malik Onuma Sittirakla müqaviləni yeniləyiblər. 2004-cü ildə Asiya Çempionlar Liqasının ən gözəli seçilən Tailand millisinin üzvü daha 1 il “İqtisadçı”nın uğurları üçün çalışacaq. 

Xatırladaq ki, Çempionlar Liqasında debüt edəcək komanda Sittirakdan öncə Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Aleksandra Klineman (ABŞ), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya) və Lenka Dürrlə (Almaniya) anlaşıblar.
 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ