AZAL Murad Ağayevin keçidini həll etdi

Sayta qoyulub: 19:27 14.06.2013 (259 dəfə oxunub)

AZAL klubu transfer çalışmalarını davam etdirir. Qərib İbrahimov və Aleksandr Şemonayevlə əməkdaşlığı rəsmiləşdirən paytaxt təmsilçisi bu gün “Sumqayıt”la futbolçu Murad Ağayevin məsələsində ram razılıq əldə edib. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusfov məlumat verib.

Yusifov bildirib ki, Murad artıq AZAL-ın tam hüquqlu futbolçusudur: “Biz müəyyən kompensasiya qarşılığında Murad Ağayevi “Sumqayıt”dan transfer etdik. O, komandamızın tam hüquqlu futbolçusudur. Ağayevlə 2 illik müqavilə bağlamışıq. Futbolçunun perspektivinə ümidlərimiz böyükdür” Qeyd edək ki, Murad Ağayev mütəmadi olaraq U-21, ara-sıra əsas milli komandaya dəvət alır.

Futbol11.az

XƏBƏR LENTİ