Velosipedçilərimizin növbəti uğuru

Sayta qoyulub: 13:03 23.05.2013 (778 dəfə oxunub)

Azərbaycanın peşəkar velosiped komandası – “Synergy Baku Cycling Project” beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirir. Komandamızın üzvüləri İrlandiyada keçirilən “An Post Rás<st1:metricconverter productid="2013”" w:st="on">” </st1:metricconverter>çoxgünlük velosiped yarışlarında və “Tour of İran” turnirində öz güclərini sınayırlar.“Tour d`Azerbaidjan” yarışı ərəfəsində məşq zamanı zədələnmiş Kirill Pozdnyakov İrlandiyada keçirilən yarışa qatılaraq turun 4-cü mərhələsini 3 saat 28 dəqiqə 17 saniyə ilə başa vurmuş və mərhələnin qalibi olmuşdur. Komandamızın digər üzvləri – Konnor Makkonvi 3 saat 28 dəqiqə 45 saniyə ilə 7-ci, Con Ebsen 3 saat 30 dəqiqə 24 saniyə ilə 24-cü, Riko Rodcers 3 saat 32 dəqiqə 16 saniyə ilə 38-ci, Kristof Şvayser 3 saat 52 dəqiqə 27 saniyə ilə yarışı 96-cı başa vurmuşlar.Velosipedçimiz Konnor Makkonvi əvvəlki mərhələdə göstərdiyi nəticələrin cəmi üzrə ümumi hesabda 13 saat 5 dəqiqə 29 saniyə nəticə ilə 2-ci yerdə qararlaşmışdır.Hazırda yarışın nəticələrinə görə, sprint hesabında Riko Rodcers 21 xalla 5-ci, Konnor Makkonvi 19 xalla 8-ci, Kirill Pozdnyakov 15 xalla 13-cü yerdədirlər.Dağ mərhələsi üzrə Con Ebsen 13 xalla 6-cı,  Kirill Pozdnyakov 13 xalla 7-ci, Konnor Makkonvi 6 xalla 12-ci yerlərdə qərarlaşıblar.İrlandiyada 19-26 may tarixlərində  keçirilən “An Post Rás<st1:metricconverter productid="2013”" style="font-size: 14pt;" w:st="on">” </st1:metricconverter>çoxgünlük velosiped yarışları 8 mərhələdən ibarət olmaqla Beynəlxalq Velosipedçilər İttifaqının Avropa turunun 2.2 kateqoriyasına daxildir.Turnirdə ölkəmizi “Synergy Baku” komandası beş idmançı ilə  Konnor Makkonvi, Kristof Şvayser, Riko Rodjers, Con Ebsen və Kril Poznyakov təmsil edir.May ayının 18-də İranda start gütürən “Tour of İran” yarışın ilk mərhələsinin qalibi də Azərbaycan velosipedçisi Elcin Əsədov olub. Elçin Əsədov elə ilk mərhələdə (Təbriz-Marağa 128 km) bütün rəqiblərini üstələyərək finiş xəttinə birinci çatmışdır. O, eyni zamanda sprint və dağ mərhələsi üzrə də qalib olmuşdur.Xatırladırıq ki, İranda keçirilən turnir 6 mərhələdən ibarətdir və Beynəlxalq Asiya Velosiperdçilər İttifaqının 2.2 kateqoriyasına daxildir. “Tour of İran” turnirində ölkəmizin idman şərəfini yığma komandanın üzvləri Aqşin İsmayılov, Məhəmməd Ələkbərov, Ayxan İltifatlı, Tural İsgəndərov və Elçin Əsədov təmsil edir. Tura may ayının 28-də yekun vurulacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ